Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Toppuş bacı"ya dəstək üçün gələn Gülay ağladı: - "Kənardan güclü görünə bilərəm, amma..." - VİDEO

Müğənni Gülay Zeynallı xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Tünzalə Ağayevanı dəstəkləmək üçün "Bizimləsən" verilişinə qatılıb.

Mynews.az xəbər verir ki, ifaçı aktrisa haqda fikirlərini söyləyərkən göz yaşlarına hakim ola bilməyib:

"Ola bilər, kənardan güclü xanım kimi görsənə bilərəm, amma çox zəif biriyəm. İnsanların dərdinə dözməyə məndə ürək yoxdur. Mən Tünzaləni belə görməyə öyrəşməmişəm. Çünki biz el şənliklərində, toyda tez-tez rastlaşırıq, o, anaların, bacıların əlinə xına yaxmaq üçün bu həyata gəlib. Allah sənin balanı xoşbəxt eləsin. Dərdi verən də Allahdır, alan da Allahdır. Onun işini heç kim bilməz. Allah səni o bir balana bağışlasın".

Qeyd edək ki, aktrisanın uşaqlıq boynunda bədxassəli şiş var idi. Bir müddət öncə əməliyyatla həmin şiş götürülüb. Ardınca 38 limfa vəzindən nümunələr götürüldükdən sonra onda yenidən şiş aşkarlanıb. Hazırda "Toppuş bacı" xəstəliyi ilə mübarizə aparır. Tünzaləyə həkimlər tərəfindən bir il işləmək qadağası qoyulduğu üçün "Bizimləsən" verilişinə üz tutub və 20 illik hipoteka ilə götürdüyü evin pulunu ödəmək üçün kömək istəyib. Aktrisa üçün 53700 AZN pul toplanıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...