Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Toppuş bacı" ona 1000 manat göndərən aparıcı Arzunun pulunu geri qaytardı - VİDEO

Arzu Həmzəyevanın pulunu geri qaytaracağam. Bu pulu istəmirəm. Mənim bir də heç vaxt övladım olmayacaq. Bir balamı mənə pulunu halal edən insanların köməkliyilə alınan evdə böyütmək istəyirəm.

Mynews.az big.az-a istinadla xəbər verir ki, Tünzalə Əliyeva ona 1000 manat göndərən aparıcı Arzunun pulundan imtina edib. Bu barədə o, aparıcı Zaur Baxşəliyevin aparıcılığı ilə yayımlanan "Bizimləsən" verilişində deyib.

A.Həmzəyeva isə canlı yayıma zəng vuraraq "Tünzalə xanıma 1000 manat kömək etmişəm, halal xoşu olsun" deyib.

Qeyd edək ki, A.Həmzəyeva toplanan məbləğin Tünzalənin evinin ipotekası üçün yox, xəstəliyinin müalicəsi üçün yığıldığını zənn edərək ona 1000 AZN pul göndərmişdi.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...