Müşerref Akay azərbaycanlı sənət dostları ilə Gəncədə konsert verəcək

Mynews.az xəbər verir ki, noyabrın 30-da Gəncə Dövlət Filarmoniyasında ədəbi-bədii musiqili gecə keçiriləcək. Tədbir Azad Azərbaycan Teleradio Şirkəti və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşır. Konsert proqramı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində həyata keçirilir.
Tədbrin ideya müəllifi və təşkilatçılarından biri də tanınmış telejurnalist, professor Etibar Babayevdir: “Müşerref Akay uzun illərdir azərbaycanlı sənətçilərin iştirak edəcəyi proqram hazırlmaq arzusundaydı. Nəhayət TRT Müzik kanalında azərbaycanlı müğənnilərin qonaq olduğu “Əziz dostlar” proqramını gerçəkləşdirə bildik. Azərbaycanın bir çox tanınmış müğənniləri həmin proqramda qonaq oldu. Verilişin davamı olaraq ATV telekanalında “Bir səfərin təəsüratı” adlı proqram ərsəyə gətirdik. Gəncədə keçiriləcək konsertdə əsasən həmin verilişlərdə iştirak edən sənətçilər çıxış edəcək”.
Konsertdə Türk sənət musiqisinin tanınmış siması Müşerref Akay fəxri qonaqdır. Bu barədə o, təəssüratlarını bölüşüb: “Çox həyəcanlıyam. Uzun illər sonar yenidən Gəncədə olmanın həyəcanını yaşayıram”.
Musiqili gecədə Müşerref Akayla səhnəni xalq artist Nazpəri Dostəliyeva, Zakir Əliyev, Elnarə Xəlilova, Ehtiram Hsüeynov, İlkin Əhmədov da bölüşəcək.
Tədbir saat 17:00-da başlayacaq.
Mədəniyyət
- Azərbaycanın “Eurovision”dakı rəqibləri bəlli oldu - FOTO
- “Nar” paytaxtda yeni rəsmi mağazasını təqdim etdi
- Məhsəti Gəncəvi haqqında ilk roman çapdan çıxıb
- Müşerref Akay azərbaycanlı sənət dostları ilə Gəncədə konsert verəcək
- Xərçəngdən əziyyət çəkən "Toppuş bacı"nın ölüm xəbəri yayıldı
- Azərbaycanlı rejissor vəfat etdi
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Vidadi İskəndərlinin barəmdə dedikləri şər, böhtan və qərəzdir - VİDEO 1019 dəfə oxunub
- "Sevirəm" sözünü eşidəndə ətim ürpənir" - - Nazənin 971 dəfə oxunub
- Tovuzda məktəblilər spirtli içkidən zəhərləndilər 953 dəfə oxunub
- “Nar” müştəri məmnuniyyəti üzrə yüksək artım nümayiş etdirib 952 dəfə oxunub
- Şamaxıda yenidən vulkan püskürüb 950 dəfə oxunub