Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Hoqqa” filminin qala-gecəsi keçirilib - FOTOLAR

Nizami Kino Mərkəzində “Hoqqa” filminin qala-gecəsi keçirilib. Filmin təqdimatında tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Mynews.az xəbər verir ki, “Dİ” şirkətinin dəstəyi ilə çəkilən filmdə baş rolları Əməkdar Artist Dilarə Əliyeva və aktyor Elməddin Cəfərov canlandırıblar. Eyni zamanda, filmdə rollara Xalq Artisti Cəfər Namiq Kamal, aktyorlar Vüsal Murtuzəliyev, Nahidə Orucova və başqaları da çəkiliblər.

Filmin ssenari müəllifi Fariz Əliyev, rejissoru Cavid Təvəkkül və Səyavuş Hüseynlidir.

Qala-gecədə baş rolun ifaçılarından biri Elməddin Cəfərov filmin bütün kinoteatrlarda nümayiş olunacağını söyləyib.

Kinokomediya tamaşaçıların marağına səbəb olub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...