Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Xocalı soyqırımına həsr olunmuş rəsm müsabiqəsinə start verilib

Bakıda Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Qanlı izlər” adlı rəsm müsabiqəsi elan olunub.
 
Müsabiqə Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin və Nəsimi rayon MKS-nin 3 saylı filialının birgə təşkilatçılığı ilə keçirilir. Baş İdarədən SİA-ya bildirilib ki, müsabiqəyə iştirak etmək istəyən hər kəs qatıla bilər. Təqdim olunan sənət əsərlərinin ölçüsü sərbəst və çərçivədə olmaqla yanaşı, mövzunu əhatə etməlidir.
 
Qeydiyyatı fevralın 20-dək davam edəcək rəsm müsabiqəsinin yekun sərgisinin Nəsimi rayon 1 nömrəli tam orta məktəbdə keçirilməsi nəzərdə tutulur.
 
Sonda qaliblər mükafatlandırılacaq.
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...