Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Milli qəhrəman haqqında film çəkildi - VİDEO

Aprelin 11-də Füzuli Dövlət Dram Teatrında Azərbaycanın Milli Qəhrəmanı Pəhləvan Fərzəliyevə həsr edilmiş “Şərəfli ömrün manifesti” sənədli filminin təqdimatı olub. Dövlət sifarişi ilə “Yaddaş” studiyasında lentə alınan filmin ssenari müəllifi və quruluşçu rejissoru İltifat Hacıxanoğludur.

Mynews.az Qafqazinfo.az-a istinadən xəbər verir ki,  filmin yaradıcı heyəti, rayon icra hakimiyyətinin və ictimaiyyətin nümayəndələri, Qarabağ müharibəsi əlilləri, veteranlar, şəhid ailələri, məktəblilərin  iştirak etdikləri təqdimat mərasimin əvvəlində respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Almas Sultanzadə dövlət sifarişi ilə Qarabağ mövzusunda çəkilən filmlər, bu filmlərin vaxtaşırı olaraq ölkənin müxtəlif bölgələrində nümayişləri haqqında məlumat verib. Bildirib ki, indiyədək Milli qəhrəmanlar silsiləsindən 70-ə yaxın film çəkilib.

Tədbir iştirakçıları sonra “Şərəfli ömrün manifesti” sənədli filmini izləyiblər.

Təqdimatdan sonra filmin ssenari müəllifi və rejissoru İltifat Hacıxanoğlu ekran əsərinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında əhəmiyyətindən danışıb.

Tədbirdə çıxış edən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev 1990-cı illərin əvvəllərinə baş verən hadisələrdən, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətindən, füzulili oğulların respublikamızın ərazi bütövlüyü uğrunda fədakar mübarizəsindən, ölkəmizdə müharibə iştirakçılarına, şəhid ailələrinə göstərilən dövlət qayğısından danışıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...