Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qara Qarayevin xatirəsi anılacaq

Fevralın 6-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq Artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin xatirəsinə həsr olunmuş tədbir keçiriləcək.

Mynews.az-ın məlumatına görə, iki günlük nəzərdə tutulan tədbir Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

Tədbir çərçivəsində böyük sənətkarın həyat və yaradıcılığından danışılacaq, milli musiqi xəzinəmizin zənginləşməsindəki xidmətləri vurğulanacaq. Tədbir konsert proqramı ilə davam edəcək.

Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin üzvlərinin və Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin birgə iştirakı ilə baş tutacaq konsertdə unudulmaz bəstəkarın əsərlərinə müraciət olunacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...