Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dollar, rubl sabit qaldı, funt sterlinq isə ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın mayın 2-ə olan məzənnəsini açıqlayıb.

AMB-dən  Mynews.az -a verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi mayın 1-i müqayisədə dəyişməyərək 1,7025 manat olub.

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,8542 manatdan 1,8579 manatadək artıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi isə dəyişməyərək 0,0299 manat olub.

Türkiyə lirəsinin məzənnəsi 0,4788 manatdan 0,4793 manatadək bahalaşıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqinin məzənnəsi 2,1978 manatdan 2,1950 manatadək azalıb. Gürcüstan larisinin məzənnəsi isə 0,6956 manatdan 0,6970 manatadək artıb.

 

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...