Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda avtomobillər ucuzlaşdı - QİYMƏTLƏR

Daha bir şirkət ötən ildən stokda qalan avtomobilləri satmaq üçün endirimlərə başlayıb. Söhbət “Ford” avtomobillərindən gedir.

Ford Bakı Mərkəzindən fins.az-a verilən məlumata görə, “Ford Focus”, “Ford Fiesta” və “Ford Ranger” modellərində qiymətlər 5%-10% aşağı salınıb. Məqsəd 2015 və 2016-cı il model avtomobillərin satışını sürətləndirməkdir.
Ən çox endirim “Ford Ranger” modelində edilib. 2016-cı il model pikapın qiyməti indi 10% aşağı salınıb. Əvvəl 57 575 manata satılan avtomobil 5957 manat endirimlə indi 51800 manata təklif edilir.
2016-cı il model “Ford Fiesta” avtomobilləri 29 000 manatdan 27 800 manata kimi ucuzlaşıb. 2015-ci il model “Ford Focus”lar 32 000 manatdan 30450 manata düşüb. Avtomobilin 2016-cı il modeli isə 1736 manat endirimlə 33 000 manata təklif edilir

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...