Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

11 min 233 müraciətlərin icrası təmin edilib

Cari ilin yanvar ayı ərzində Bakı şəhəri üzrə 1, 2, 3, 4, 5 saylı “ASAN xidmət” mərkəzlərinə və 1 saylı “ASAN kommunal”, həmçinin, Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarında və Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərinə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) ilə bağlı ümumilikdə 11 min 233 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin edilib.

Mynews.az-ın məlumatına görə, birlik tərəfindən 2017-ci ilin yanvar ayı ərzində Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində və 1 saylı “ASAN kommunal” vasitəsilə istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.

İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə “Azəriqaz” bu istiqamətdə fəaliyyətini bundan sonrada davam etdirəcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...