Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dünya Bankı “Azərikimya” İstehsalat Birliyində ekoloji layihələrdə iştirak etməkdə maraqlıdır

Dünya Bankının Avropa və Mərkəzi Asiya ölkələrinin ətraf mühitin və təbii sərvətlərin qorunması üzrə yeni təyin olunmuş nümayəndəsi xanım Valeri Hikinin başçılıq etdiyi nümayəndə heyəti SOCAR “Azərikimya” İstehsalat Birliyində olub.

Mynews.az-ın verdiyi məlumata görə, İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev “Azərikimya” İB-də son illərdə həyata keçirilən yenidənqurma, modernizasiya və abadlıq işləri, həmçinin perspektiv layihələr haqqında qonaqlara geniş məlumat verib.

Görüşdə, həmçinin sənaye zonasında davamlı olaraq həyata keçirilən ekoloji layihələr, Sumqayıt şəhərinin ekoloji vəziyyəti və ekoloji sağlam mühitin yaradılmasında “Azərikimya”nın rolu, ekoloji maarifləndirmə və digər tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb.

Xanım Valeri Hiki Dünya Bankının SOCAR-ın digər strukturları ilə yanaşı, “Azərikimya” İstehsalat Birliyinin seçilmiş ərazilərində də ekoloji çirklənmənin qiymətləndirilməsi və qısa zamanda bərpa tədbirlərinin həyata keçirilməsi üçün nəzərdə tutulan layihələrdə iştirak etməkdə maraqlı olduqlarını vurğulayıb, bu məqsədlə maliyyə və digər dəstəklərin göstərilməsinə hazır olduqlarını deyib.

Görüşdə Kimya Sənaye Parkında icra olunan layihələrə də toxunulub, bir sıra digər məsələlər ətrafında müzakirələr aparılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...