Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Metro və avtobuslarda gediş haqqı artırılır? - Tarif Şurası AÇIQLADI

Bakı Metropolitenində və şəhərdaxili marşrut avtobuslarında gediş haqqının artırılması ilə bağlı Tarif (qiymət) Şurasına müraciət olunmayıb.
 
Bu barədə Trend-ə özəl olaraq Tarif Şurasından məlumat verilib.
 
Şuradan bildiriblər ki, hazırda bu məsələnin müzakirəsi gündəmdə deyil.
 
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev də Trend-ə açıqlamasında təmsil etdiyi qurumun gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət etmədiyini bildirib.
 
Xatırladaq ki, metroda gediş haqqının 30, marşrutlarda isə 40 qəpiyə qaldırılması ilə bağlı Tarif Şurasında müzakirələr aparılması barədə məlumat yayılıb.
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...