Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda bu bankın rəhbərliyi dəyişir

İyunun 30-da “Dəmirbank” ASC səhimdarlarının toplantısı çağırılıb.

Mynews.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, rəsmi mətbuatda yer almış elanda bildirilir ki, iclasda bankın 2016-cı il maliyyə nəticələrinin təsdiq edilməsi, bankın Audit Komitəsinin tərkibində dəyişiklik olunması nəzərdə tutulur. 

Bunlarla bərabər gündəlikdə bankın Müşahidə Şurasının tərkibinə də dəyişikliklər edilməsi də nəzərdə tutulub.

Xatırladaq ki, son vaxtlar haqqında qalmaqallı xəbərlər dolaşan banklardan biri də “Dəmirbank”dır. MTN olaylarında adı bir neçə epizod üzrə hallanan bank bu ilin əvvəlində hakkerlər tərəfindən 3 milyon dollar oğurlanması ilə də medianın gündəminə gəlmişdi. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...