Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

DGK: Rusiyaya pomidor ixracında problem yoxdur

Ötən gün bir sıra kütləvi informasiya vasitələrində Azərbaycanda pomidorun kəskin ucuzlaşdığı və buna Rusiyaya pomidor daşıyan nəqliyyat vasitələrinə qarşı bu ölkənin ərazisində gömrük nəzarətinin sərtləşdirilməsinin - konkret olaraq avtomobillərin daşıdığı yükün çəkisinə hədd qoyulmasının səbəb olduğu bildirilib.

Mynews.az-ın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) açıqlamasında bildirilir. 

Qurum bəyan edib ki, məlumat həqiqəti əks etdirmir: 

“Gömrük sərhədindən keçən avtomobillərin beynəlxalq yükdaşımalara dair norma və qaydalara riayət etmələrinə ciddi nəzarət olunur və buna görə də Rusiyaya pomidor aparan avtomobillərim sərhədkeçmə prosesində hər hansı problem yoxdur. Son 2 gündə Rusiya ilə sərhədi 85 yük avtomobili və 49 vaqon pomidor heç bir maneə olmadan keçib. İki ölkənin qarşılıqlı gömrük-keçid məntəqələrində yaranan hər hansı problem gömrük xidmətləri rəhbərləri arasında aparılan danışıqlar vasitəsilə operativ şəkildə öz həllini tapır”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...