Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dollar sabit qaldı, avro, rubl bahalaşdı

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın mayın 23-ə olan məzənnəsini açıqlayıb.

Mynews.az-ın məlumatına görə,  AMB-dən verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi mayın 22-i ilə müqayisədə dəyişməyərək 1,7023 manat olub.

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,9047 manatdan 1,9152 manatadək artıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi isə 0,0300 manatdan 0,0301 manatadək bahalaşıb.

Türkiyə lirəsinin məzənnəsi 0,4760 manatdan 0,4775 manatadək artıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqinin məzənnəsi 2,2128 manatdan 2,2116 manatadək azalıb. Gürcüstan larisinin məzənnəsi isə 0,7027 manatdan 0,7014 manatadək azalıb.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...