Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycan 111 milyon dollarlıq məhsul sifarişi alıb - FOTO

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın yeni sayı təqdim olunub.

Mynews.az Marja-ya istinadən xəbər verir ki, “İxrac İcmalı”nın ikinci sayında qeyri-neft sektoru üzrə ixracına dair 4 aylıq məlumat, “Azexport.az” portalına bu ilin 4 ayında daxil olan ixrac sifarişlərinin ölkələr üzrə bölgüsü, Azərbaycanın nar şirəsini, fındıq ləpəsini və şərablarını ən çox sifariş edən ölkələr barədə infoqrammalar yer alıb. 

“İxrac İcmalı”nda qeyd edilib ki, “Azexport.az” portalına 2017-ci ilin 4 ayı ərzində 42 ölkədən ixrac sifarişləri daxil olub. 

Aprel ayında Azexport.az portalına daxil olan sifarişlərin ümumi dəyəri isə 29,9 milyon ABŞ dolları olub. Ümumilikdə isə 2017-ci ilin 4 ayı ərzində “Azexport.az” portalına 111 milyon ABŞ dolları çox ixrac sifarişi daxil olub.

Beləliklə, ötən ilin 4 ayı ilə müqayisədə qeyri-neft sektorunda ixrac 22% artıb. İxracın artmasına “Azexport” portalı öz töhfəsini verir.

Apreldə sifarişləri məhsullar üzrə təhlil etdikdə aydın olur ki, qeyri-neft sektorunda istehsal edilən müxtəlif məhsullara konyak, şərab, soğan, noxud, göbələk, yumurta, kərə yağı, pendir, pambıq yağı, albalı şirəsi, nar şirəsi, fındıq ləpəsi, quru süd, toyuq əti, bibər turşusu, günəş paneli, mühərrik yağı, boya sifariş olunan məhsullar arasındadır.

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...