Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Qiymət artımı abonentlərin əksər hissəsini əhatə etməyib" - SOCAR

"Təbii qazın qiymət artımı ümumi abonentlərin əksər hissəsini əhatə etməyib. Bu qiymət artımı təbii ki, SOCAR-ın təbii qazın satışından əldə olunan gəlirlərinin nisbətən artmasına şərait yaradıb".

Bunu SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov deyib:

"Həm neftin qiymətinin ucuzlaşması, həm də manatın devalvasiyası bizi məcbur etdi ki, dövlət, aidiyyəti qurumlar qarşısında təbii qazın qiymətinin artırılması məsələsini qaldıraq. Burada da differensiasiya tətbiq edilib. Əsas istehlakçımız olan “Azərenerji” ASC üçün qazın qiyməti 120 manat, Naxçıvana satdığımız qaz 75 manat, əsas kommersiya qurumlarına 200 manat, əhaliyə isə 100 manat/1000 kubmetr olaraq qalıb".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...