OPEC neft hasilatının azaldılması anlaşmasını uzatdı
OPEC və kartelə üzv olmayan neft ölkələri bu gün Vyanada işini tamamlayan növbəti sammitdə neft hasilatının azaldılması ilə bağlı 30 noyabr 2016-cı ildə qəbul edilmiş anlaşmanı daha 9 ay müddətinə uzadılmasına dair qərar qəbul edib.
Mynews.az Report-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” məlumat verir.
Məlumata əsasən, iclas hələ bitməsə də, adını çəkilməsini istəməyən iclas iştirakçılarından biri bu barədə açıqlama verib. Qeyd edək ki, ilin əvvəlindən qüvvədə olan hazırkı anlaşmanın müddəti iyunun 30-da bitir.
Report xəbər verir ki, bu açılama neft bazarında mənfi qarşılanıb. Belə ki, hazırda Brent markalı neftin qiyməti dünənə nisbətən 1,3% azalaraq 53,25 dollar/barelə düşüb. Qeyd edək ki, neft bazarı iştirakçıları hasilatın azaldılması kvotasının artırılmasını gözləsə də, iclasda bu məsələ müzakirə olunmayıb.
Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 mln. barel azaldılaraq 32,5 mln. barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. Saziş bu ilin birinci yarısı üçün bağlanıb.
Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, 11 ölkənin 2017-ci il yanvarın 1-dən gündəlik neft hasilatını 558 min barel azaltmaq barədə razılaşması çərçivəsində Azərbaycan hasilatı sutkada 35 min barel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. Yanvar ayı ərzində ölkə üzrə gündəlik neft hasilatı 793,9 min barel, fevralda 776,4 min barel, martda 733,3 min barel, apreldə isə 781,1 min barel olub.
İqtisadiyyat
- Manat və lirənin məzənnəsi: Rubl bahalaşdı, avro ucuzlaşdı
- Azərbaycan nefti BAHALAŞIB
- Dollarda bahalaşma davam edir - Məzənnə rekord səviyyəyə yüksəlib
- Dollar bahalaşır, avro ucuzlaşır – Manat necə olacaq?
- Milli brend “Təbio” təqdim edildi! - FOTOLAR
- Azərbaycanda bir dollar niyə fantastik qiymətə satılır? - AÇIQLAMA
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 958 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 916 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 908 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 907 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 904 dəfə oxunub