Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Valyuta hərracında satılan məbləğ məlum oldu

Bu gün Azərbaycan Mərkəzi Bankı və Neft Fondunun (SOFAZ) birgə keçirdiyi valyuta hərracında dollar 0,01 qəpik ucuzlaşaraq 1,7020 AZN/USD səviyyəsində formalaşıb.

Mynews.az Fins.az-a istinadən xəbər verir ki, hərraca çıxarılan 35 milyon dollardan 83%-i və yaxud 29 milyon 60 min dolları satılıb. Başqa sözlə, 5 milyon 940 min dollar satılmayıb.   

Qeyd edək ki, bundan öncəki hərracda məbləğin 2 mln. 600 min dolları satılmamışdı. 
Ümumilikdə may ayı ərzində valyuta hərracında banklara 204 milyon 860 min dollar satılıb.

Hərracda formalaşan ən yüksək kurs 1,7026 AZN/USD (04.05.2017), ən aşağı kurs isə bu gün formalaşan 1,7020 AZN/USD-dir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...