Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Neft kəskin ucuzlaşdı

OPEC-ə üzv və qeyri-üzv dövlətlərin neft hasilatının azaldılmasına dair sazişin müddətinin doqquz ay uzadılmasına dair qərarı neftin ucuzlaşmasını sürətləndirib və “qara qızıl”ın qiyməti artıq 5 faizdən çox aşağı düşüb.  

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə gör, saat 22.41-ə olan məlumata görə, Brent markalı neftin iyul füçerslərinin dəyəri 4,82 faiz aşağı düşərək 1 barelə görə 51,36 dollar olub.

WTI neftinin dəyəri isə 4,98% aşağı düşərək 1 barelə görə 48,80 dollar təşkil edib. Bundan əvvəl də neftin qiyməti 5 faizdən çox aşağı düşmüşdü.

Qeyd edək ki,  ötən gün OPEC-ə üzv və qeyri-üzv dövlətlərin neft hasilatının azaldılmasına dair sazişin müddətinin doqquz ay uzadılmasına dair qərar qəbul ediblər.

Azərbaycan qərarı dəstəkləyib. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...