Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Banklarda dollar ucuzlaşır

Bu gün ölkənin bir neçə bankı valyutanın satış və alış qiymətlərini aşağı endirib. 

Mynews.az Fins.az-a istinadən xəbər verir ki, səhər saatlarında banklarda dolların ən sərfəli alış məzənnəsi 1,6985 manata, ən sərfəli satışı 1,7030 manata bərabərdir.

Araşdırmaya əsasən, dünən axşam saatları ilə müqayisədə “Günaybank” ABŞ valyutasının alış məzənnəsini 1,6960 manatdan 1,6930 manatadək, satışını 1,7060 manatdan 1,7050 manatadək ucuzlaşdırıb.

“Bank Silk Vey” və “NBC Bank”, həmçinin hər iki göstəricini aşağı salıb: “Bank Silk Vey” alışı 1,6900 manatdan 1,6850 manatadək, satışı 1,7070 manatdan 1,7050 manatadək;

“NBC Bank” alışı 1,6990 manatdan 1,6900 manatadək, satışı 1,7070 manatdan 1,7050 manatadək. “DəmirBank” və “Bank of Baku” dolların təkcə satış qiymətini ucuzlaşdırıb:

“DəmirBank” 1,7050 manatdan 1,7030 manatadək; “Bank of Baku” 1,7150 manatdan 1,7100 manatadək.

“Yapı Kredi Bank Azərbaycan” dolların alış qiymətini 1,6950 manatdan 1,6900 manatadək, satış qiymətini isə 1,7070 manatdan 1,7100 manatadək bahalaşdırıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...