Hökumət ABB-yə növbəti maliyyə yardımı edəcəkmi? - PROQNOZ
Azərbaycan Beynəlxalq Bankının (ABB) restrukturizasiya planı dövlət borcunun artmasına səbəb ola bilər.
Mynews.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Fitch” reytinq agentliyinin yaydığı məlumatda qeyd olunub.
Bildirilir ki, neftin kəskin ucuzlaşması nəticəsində iqtisadiyyatın zəifləməsi və manatın devalvasiyası Azərbaycanın onsuz da zəif olan bank sektorunu daha da həssaslaşdırıb:
“Azərbaycanın ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankının düzgün idarə edilməməsi ona mənfi təsir göstərib.
Restrukturizasiya prosesindən sonra hökumət tərəfindən banka növbəti maliyyə dəstəyinin verilib-verilməməsi naməlum olaraq qalır.
Hökumət tərəfindən 2017-ci ilin əvvəlində artıq “Aqrarkredit” tərəfindən buraxılan 3 milyard dollar həcmində istiqrazlara dövlət zəmanəti verilib.
Bu da restrukturizasiya planın tamamlanması çərçivəsində əlavə həcmdə toksik aktivlərin ABB-nin balansından çıxarılması üçün istifadə olunacaq”.
Agentliyin analitikləri bildirir ki, ABB-nin reytinqi ilə bağlı proqnozun neqativ olması makroiqtisadi və maliyyə sektorunda davam edən riskləri və qeyri-müəyyənliyi əks etdirir.
İqtisadiyyat
- Manat və lirənin məzənnəsi: Rubl bahalaşdı, avro ucuzlaşdı
- Azərbaycan nefti BAHALAŞIB
- Dollarda bahalaşma davam edir - Məzənnə rekord səviyyəyə yüksəlib
- Dollar bahalaşır, avro ucuzlaşır – Manat necə olacaq?
- Milli brend “Təbio” təqdim edildi! - FOTOLAR
- Azərbaycanda bir dollar niyə fantastik qiymətə satılır? - AÇIQLAMA
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Universitet və kolleclərə sənəd verənlərin sayı açıqlandı 1115 dəfə oxunub
- Koronavirus ömrü qısaldır - ARAŞDIRMA 1099 dəfə oxunub
- Məktəb direktoru işdən çıxarıldı 1098 dəfə oxunub
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi 1044 dəfə oxunub
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..." 1036 dəfə oxunub