Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ölkəmiz adambaşına düşən əmanətlərin həcminə görə altıncı yerdədir - CƏDVƏL

Azərbaycanda adambaşına düşən bank əmanətlərinin həcmi son bir ildə 21% azalaraq 2017-ci il aprelin 1-nə 410 ABŞ dolları təşkil edib. 

Oxu.Az “Report”a istinadən xəbər verir ki, Azərbaycan bu göstəriciyə görə region ölkələri (Türkiyə, İran, Rusiya, Qazaxıstan, Gürcüstan, Azərbaycan, Ukrayna) arasında 6-ci yerdədir. 

Adambaşına düşən əmanətin həcminə görə bölgədə lider ölkə Türkiyədir (5514 dollar). 

Son bir ildə bu ölkədə adambaşına əmanətin həcmi 7% azalıb. Buna əsas səbəb kimi Türkiyədə dolların məzənnəsinin illik müqayisədə 28%-ə yaxın düşməsi amilini göstərmək olar.

Hər hansı bir ölkədə yerli valyutanın möhkəmlənməsi çox vaxt dollar ekvivalentində əmanətlərin həcminin artmasına gətirib çıxarır.

Adambaşına əmanət həcminin son bir ildə ən çox artdığı ölkə isə Qazaxıstan olub. Bu ölkədə dollar illik müqayisədə 9,7% ucuzlaşıb və adambaşına düşən əmanətin həcmi 23% artaraq 1356 dollara yüksəlib.

Ən sabit göstərici İranda qeydə alınıb. Bu ölkədə son bir ildə dollar 7,3% bahalaşıb, əmanətin adambaşına həcmi isə 7% artıb. Yəni, real olaraq dəyişiklik olmayıb.

Azərbaycanda isə dolların 13,2% bahalaşması ilə yanaşı, adambaşına düşən əmanətin həcmi 21% azalaraq 410 dollara geriləyib. 

Aşağıdakı cədvəldə region ölkələri üzrə əmanətlərlə bağlı göstəricilər əks olunub:

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...