Bakıda torpaq neçəyədir? - QİYMƏTLƏR - VİDEO
Adətən torpaq qiymətlərinin bahalaşdığı bu vaxtlarda əksinə gedən bir proses baş verir. Bakı və ətrafı ərazilərdə torpaq qiymətlərində 5 faizədək ucuzlaşma müşahidə olunur. Mütəxəssislər bunu daşınmaz əmlak bazarında meydana gələn yeni şəraitlə izah edirlər.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, Bakıda aprel-may aylarında adətən torpaq qiymətləri artdığı halda bu il qiymətlərdə enmə müşahidə edilir. Ucuzlaşma təxminən 5 faiz civarındadır. Azərbaycan Rieltorlar Assosiasiyasının rəhbəri Vəfadar Axundov bunun hazır evlərin qiymətinin ucuzlaşması ilə bağlı olduğunu bildirir.
Ən ucuz torpaq qiymətləri isə paytaxtın müxtəlif bölgələrində və Bakıətrafı ərazilərdə təxminən 1500-6000 manat arasında dəyişir.
Tikinti bazarında da xaricdən gətirilən materialların qiyməti baha olduğuna görə insanlar hazırda bina tikməkdən daha çox hazır ev almağa üstünlük verirlər. Vəfadar Axundov daşınmaz əmlak bazarının canlanmasını ölkə iqtisadiyyatı baxımından da vacib sayır. Çünki, bu sahənin canlanması eyni zamanda sığorta, bank kimi sahələrin də inkişafı deməkdir. Mütəxəssisin sözlərinə görə hazırda daşınmaz əmlak bazarında nisbətən canlanma yalnız bağ evləri sahəsindədir. Digər növ daşınmaz əmlak bazarında isə hələlik ciddi dəyişiklik yoxdur.
İqtisadiyyat
- Manat və lirənin məzənnəsi: Rubl bahalaşdı, avro ucuzlaşdı
- Azərbaycan nefti BAHALAŞIB
- Dollarda bahalaşma davam edir - Məzənnə rekord səviyyəyə yüksəlib
- Dollar bahalaşır, avro ucuzlaşır – Manat necə olacaq?
- Milli brend “Təbio” təqdim edildi! - FOTOLAR
- Azərbaycanda bir dollar niyə fantastik qiymətə satılır? - AÇIQLAMA
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 968 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 932 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 923 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 922 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 920 dəfə oxunub