Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bu gün Bakıda su təchizatında məhdudiyyət olacaq

Ceyranbatan-Maştağa sağ magistral su xəttinin Saray qəsəbəsi ərazisindən keçən hissəsində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar Bakının bir neçə hissəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Mynews.az “Azərsu”nun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

“Bu gün 24 saat müddətinə Saray, Novxanı, Goradil, Fatmayı, Mehdiabad, Digah, Maştağa, Pirşağı, Kürdəxanı, Bilgəh, Nardaran, Ramana, Bakıxanov və Sabunçu qəsəbələrinin, həmçinin bağ massivlərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq”, - deyə məlumatda qeyd olunub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...