Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycan Mərkəzi Bankı manatın məzənnəsini açıqlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın fevralın 6-a olan məzənnəsini açıqlayıb.

Mynews.az-ın məlumatına görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi fevralın 3-ü ilə müqayisədə dəyişməyərək 1,9111 manat təşkil edib.

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 2,0561 manatdan 2,0593 manatadək artıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi 0,0322 manatdan 0,0324 manatadək bahalaşıb.

Türkiyə lirəsinin məzənnəsi 0,5110 manatdan 0,5163 manatadək artıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,3929 manatdan 2,3860 manatadək bahalaşıb.
Gürcüstan larisinin məzənnəsi isə 0,7085 manatdan 0,7124 manatadək artıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...