Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Vahid Ələkbərov neftin qiymətindən danışdı

“LUKoil” şirkətinin 10 illik strategiyası hazırlanarkən yaxın üç ildə neftin bir barel üçün qiymətin 60 dollardan artıq olmayacağına istiqamət götürülüb. 

Mynews.az xəbər verir ki, bu barədə şirkətin rəhbəri Vahid Ələkbərov iyunun 1-də Sankt-Peterburq Beynəlxalq İqtisadi Forum çərçivəsində TASS-a verdiyi müsahibəsində bildirib. 

“Biz yaxın üç ildə 60 dollardan yuxarı astronomik rəqəmlər görmürük, çünki enerji qoruyan texnologiyalar, alternativ energetika və qeyri-ənənəvi yataqlar yetərincə effektiv və fəal şəkildə inkişaf edir”, - Vahid Ələkbərov bəyan edib. 

Onun sözlərinə görə, 55-60 dollar həcmində stabil qiymət strateji dövrdə şirkəti qane edir. Bununla yanaşı, o, çatışmazlığı nəzərə alaraq gələcəkdə neftin qiymətinin arta biləcəyini ehtimal edir.    

2017-ci ilin yanvar ayında Ələkbərov birinci yarım illikdə neftin qiymətinin bir barel üçün 50-60 dollar olacağına dair proqnoz vermişdi. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...