Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Nazir Azərbaycanda işsizliyin səviyyəsindən danışdı

“Azərbaycanda sosial sahə yürüdülən siyasətin prioritet istiqamətlərindən biridir”.

Mynews.az “Report”a istinadən xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. 

O bildirib ki, Azərbaycanda işsizliyin səviyyəsi 5%-ə qədər enib, əhalinin gəlirləri 8 dəfə artıb: 

“İnsanların əmək hüququ qanunvericilik bazasında da yer alıb. Bu qanunlar praktik olaraq gerçəkləşdirilir. 

Bu istiqamətdə Azərbaycan Prezidenti İlham Əliyev son 13 ildə 81 fərman və sərəncam imzalayıb. 2 milyon 330 min vətəndaşa hər ay 316 milyon manatdan çox vəsait ödənilib. Bu da ölkə əhalisinin 70,6%-i əhatə edir”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...