Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanın Gürcüstan və Türkiyəyə satdığı qazın gündəlik həcmi bəlli oldu

2017-ci il iyunun 1-dək "Şahdəniz-1" layihəsi üzrə Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) ilə Gürcüstana 6,3 mlrd., Türkiyəyə isə 46,5 mlrd. kubmetrdən çox qaz nəql olunub.

Mynews.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin I vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakıda keçirilən Xəzər neft-qaz konfransında  deyib. 

O bildirib ki, hazırda hər gün Gürcüstana orta hesabla 2,3 mln., Türkiyəyə 18,5 mln. kubmetr qaz ötürülür.

Məlum olub ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz kondensat yatağından işlənmənin əvvəlindən indiyədək ümumilikdə 83 mlrd. kubmetr qaz və 21 mln. ton kondensat hasil olunub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...