Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sosial evlərə müraciəti asanlaşdırmaq üçün nə etmək olar?

Sosial evlərə müraciət etmək üçün elektron kabinet yaradılmasına ehtiyac var.

Mynews.az xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov Sputnik Azərbaycan-a açıqlamasında bildirib. 

Onun fikrincə, sosial evlərə müraciət etmək üçün elektron müraciət və elektron kabinet yaradılmasına ehtiyac var: “Birinci mərhələ qeydiyyat mexanizmidir. Vətəndaşlarımız elektron qeydiyyatdan keçməklə elektron kabinet yarada bilərlər. Mənzil İnşaatı üzrə Dövlət Agentliyi (MİDA) 5 gün ərzində müraciətlərə baxır və müraciətçi ilə öz qeydlərini bölüşür. Eyni zamanda elektron kabinetin qəbul edilib-edilməməsi ilə bağlı qərar verir. Bu sosial mənzilin alınması ilə bağlı qərarın verilməsi anlamına gəlmir”.

O bildirib ki, ikinci mərhələdə MİDA müraciət edənlərə mənzili seçmək və müraciət etməklə bağlı sorğu göndəriləcək. Həmin sorğuya vətəndaşın tez cavab verməsi önəmlidir. Yəni ilk müraciət, ilk mənzil deməkdir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...