Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Super Euro-98” markalı benzinin satışı yaxın günlərdə bərpa olunacaq

Yaxın günlərdə xaricdən idxal edilən "Super Euro-98” markalı benzin SOCAR-ın yanacaqdoldurma məntəqələrində yenidən satışda olacaq.

Mynews.az xəbər verir ki, bu barədə “Report”  “SOCAR Petroleum”a istinadən məlumat yayıb: “Bir neçə gündür ki, SOCAR-ın yanacaqdoldurma məntəqələrində xaricdən gətirilən "Super Euro-98” markalı benzin satılmır. Bunun səbəbi isə xaricdə istehsalın azalması və bu markalı benzini aldığımız ölkələrin daha çox öz tələbatını ödəməsidir. Artıq məsələ həll olunub. Belarusdan "Super Euro-98” markalı benzin partiyası yola çıxıb və iyunun 10-da Azərbaycana çatacaq. Burada gömrük sənədləşməsi aparıldıqdan sonra təxminən iyunun 15-16-da SOCAR yanacaqdoldurma məntəqələrində satışda olacaq”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...