Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Nazir: Orta aylıq əmək haqqı 3,3, pensiya isə 4,7 dəfə artıb

“Son 5 il ərzində ölkəmizdə 350-dək peşə standartı hazırlanıb və işəgötürənlərin istifadəsinə verilib”.

Mynews.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Beynəlxalq Əmək Konfransının Cenevrə şəhərində (İsveçrə Konfederasiyası) keçirilən 106-cı sessiyasında çıxışında bildirib. 

O qeyd edib ki, son on ildə orta aylıq əmək haqqı 3,3, pensiya isə 4,7 dəfə artırılıb. Ölkədə yoxsulluğun səviyyəsi 6 faizdən, işsizliyin səviyyəsi isə 5 faizdən aşağı enib, 1,6 milyondan çox yeni iş yeri açılıb. Gənclərin məşğulluğunun artırılması istiqamətində həyata keçirilən məqsədyönlü siyasət nəticəsində son 5 il ərzində 15-29 yaşda gənclər arasında işsizlik səviyyəsi 11,8%-dən 9,4%-ədək azalıb. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...