Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanla Aİ arasında aqrar sektorda ticarət dövriyyəsi açıqlandı

“Avropa İttifaqı Azərbaycanın aqrar sahəsinin inkişafına daim dəstək göstərir”.

Mynews.az apa-ya istinadən xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan - Avropa İttifaqı biznes forumunda kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov deyib.

O deyib ki, Azərbaycanın ümumi ixracının 20,7%-i İtaliyanın, 6,9%-i Portuqaliyanın, 4,5%-i Almaniyanın, 3,8%-i isə Fransanın, 4,9%-i Almaniyanın, 4,1%-i İtaliyanın, 3,7%-i Böyük Britaniyanın payına düşür: “Hesablamalar göstərir ki, 2016-cı ildə Avropa İttifaqı və Azərbaycan arasında aqrar sektorda ümumi ticarət dövriyyəsi 240,7 mln. dollar həcmində olub. Hesabat ilində Azərbaycan Avropa İttifaqından 166,7 mln. dollarlıq məhsul idxal edib. Eyni zamanda, bu ölkələrə 74,4 mln. dollarlıq məhsul ixrac olunub. İdxalın əsasını cins heyvanlar, spirtli və spirtsiz içkilər, tərəvəz konservləri və digər məhsullar təşkil edib. Azərbaycanın aqrar sektorda istehsal etdiyi məhsullar üzrə Avropaya ümumi ixracın 96%-ni fındıq ləpəsi, 1,7%-ni nar şirəsi təşkil edib”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...