Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Neft ucuzlaşdıqca banklar dolların qiymətini yüksəldir

Banklarda dolların qiyməti yüksəlib.

Mynews.az  “Marja”ya istinadən xəbər verir ki, “Kapital Bank” ABŞ valyutasının alış məzənnəsini 1.69 manatdan 1.6910 manata, “Yapı Kredi Bank” 1.69 manatdan 1.6910 manata yüksəldib.

Digər tərəfdən Mərkəzi Bankda keçirilən hərracdan sonra manatın orta çəkili məzənnəsi dəyişməsə də, banklarda dolların məzənnəsi yüksəlməyə meyillidir. Təhlillər göstərir ki, dolların məzənnəsi dünya birjalarında da bahalaşıb. Artıq Avro/Dollar məzənnəsi 1.12 səviyyəsindən aşağı düşüb.

Əvəzində neft kəskin ucuzlaşıb. Brent markalı neft 47,81 dollara satılır. Neftin 40 dollara qədər ucuzlaşacağı gözlənilir. 

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti də düşüb. “Azeri LT CIF” 48,29 dollar/barelə bərabər olub. Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. 

Analitiklərin rəyinə görə, neft qlobal bazarlarda dolların bahalaşması, ABŞ-da neft ehtiyatlarının və hasilatının artması ilə əlaqədar ucuzlaşır. Rusiya neftin qiymətinin yenidən 40 dollar təşkil edəcəyini proqnozlaşdırır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...