Əli Əhmədov: İqtisadiyyatımız yeni mərhələyə keçəcək
“Heydər Əliyevin möhtəşəm qayıdışı, Milli Qurtuluş baş tutmasaydı, indi tamam fərqli Azərbaycanda yaşayırdıq. O Azərbaycan bu gün fəxr duyduğumuz Azərbaycandan fərqli olacaqdı”.
Mynews.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə 15 iyun-Milli Qurtuluş Günü münasibəti ilə “Azərbaycan dünyaya günəş kimi doğacaq” adlı tədbirdə baş nazirin müavini, YAP icraçı katibi Əli Əhmədov söyləyib.
Ə. Əhmədov deyib ki, ötən əsrin 90-cı illərində Azərbaycanda böhran hər bir insanın həyatını cəhənnəmə döndərib: “Bütün bunlar insanları narahat edirdi, gələcəklə bağlı qaranlıq təsəvvür var idi. İnsanlar Azərbaycanın, ailəsinin gələcəyini qaranlıq görürdülər. Bütün bunlar Heydər Əliyevin Azərbaycana dönüşünün zəruriliyini reallığa çevirmişdi. Heydər Əliyevin dönüşü ilə Azərbaycanda insanları narahat edən problemlər onun müdrikliyi, dövlət xadimi kimi uzaqgörənliyi ilə tədricən aradan qaldırıldı. Təsadüfi deyil km, müasir Azərbaycanın banisi Heydər Əliyev sayılır. İqtisadiyyatımız inkişaf etməyə başladı, uğurlu neft strategiyası həyata keçirildi”.
Baş nazirin müavini bildirib ki, o dövrdə Dağlıq Qarabağ münaqişəsinin ağırlıqlarının aradan qaldırılması istiqamətində işlər görülüb: “Erməni hərbi birləşmələrinin torpaqlarımızı işğalı dayandırıldı. Eyni zamanda iqtisadiyyatımızın inkişafı üçün fundamental əsaslar yarandı. Milli Qurtuluş bu gün də davam etməkdədir. Azərbaycanın bugünkü inkişafı, prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət də Milli Qurtuluşun davamıdır, ondan ilhamlanır”.
Ə. Əhmədov qeyd edib ki, Azərbaycan XX əsrin sonlarında müstəqilliyini əldə etmiş ən uğurlu dövlətlərdən biri kimi qiymətləndirilməlidir və qiymətləndirilir: “Azərbaycanın inkişafı möcüzə kimi qiymətləndiriləcək bir inkişafa nail olub. Azərbaycan iqtisadiyyatı 3,5 dəfə artıb. İl ərzində iqtisadiyyatlarını 3-5 faiz artıran dövlətlər bundan qürur duyurlar. Azərbaycan 12-13 il ərzində iqtisadiyyatını 300-350 faiz artırıb”.
Baş nazirin müavini nəzərə çatdırıb ki, pensiyalar 12-13 il ərzində 250 faiz artıb: “Bu gün pensiyaların daha da artırılması istənilə bilər və bu, təbiidir. Ancaq əldə edilən uğurlar da göz qabağındadır. Bu gün Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında yeni iqtisadi transformasiya yaşanmaqdadır. Milli Qurtuluş məfkurəsi inkişafı şərtləndirir. Azərbaycan indi tükənən iqtisadi resurs strategiyasından tükənməyən iqtisadi resurslar strategiyasına, yeni iqtisadi inkişaf strategiyasına keçib. Azərbaycan iqtisadiyyatı yeni mərhələyə keçəcək, insanların rifahının daha yüksək səviyyəyə qaldırılması üçün yeni imkanlar əldə edilmiş olacaq. Qurtuluş məfkurəsi öz möcüzəsini ikinci və daha sonrakı mərhələlərdə göstərmək gücündə ola bir enerjidir”.
İqtisadiyyat
- Manat və lirənin məzənnəsi: Rubl bahalaşdı, avro ucuzlaşdı
- Azərbaycan nefti BAHALAŞIB
- Dollarda bahalaşma davam edir - Məzənnə rekord səviyyəyə yüksəlib
- Dollar bahalaşır, avro ucuzlaşır – Manat necə olacaq?
- Milli brend “Təbio” təqdim edildi! - FOTOLAR
- Azərbaycanda bir dollar niyə fantastik qiymətə satılır? - AÇIQLAMA
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 987 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 961 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 951 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 950 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 947 dəfə oxunub