Kartof püresi istehsalı zavodu tikilir
İsmayıllıda kartof yığımına məhsulun daha tez yetişdiyi cənub ərazilərdə, o cümlədən Kürdmaşı, Gəraybəyli, Xəlilli, Mollaisaqlı və digər ərazi vahidlərində başlanılıb.
Mynews.az-ın məlumatına görə, rayon icra hakimiyyətindən bildirilib ki, cari mövsümdə bölgədə 917 hektarda kartof yetişdirilib ki, bu da ötənildəkindən 50 hektar çoxdur.
Son illər bölgədə kartofçuluq intensiv inkişaf edir. Torpaq mülkiyyətçiləri bu sahəyə böyük maraq göstərirlər. Təsadüfi deyil ki, artıq bir sıra ərazilərdə kartof müasir texnologiya ilə becərilir. Bu il İsmayıllı şəhər, Talıstan, Kürdmaşı kənd ərazi vahidlərində 200 hektar sahədə əkin və becərmə işləri sənaye üsulu ilə aparılıb.
Bölgədə kartofçuluğun perspektivi nəzərə alınaraq saatda 500 kiloqram yarımfabrikat kartof püresi istehsalı gücünə malik zavod tikilir. Əhali ilə bərabər, kortof püresinin əsas alıcıları qida müəsisələri, piroq istehsalçıları, restoranlar və mehmanxanalar olacaqdır.
Mütəxəssislər cari mövsümdə rayonda 11 min tona yaxın məhsul götürüləcəyini proqnozlaşdırırlar.
İqtisadiyyat
- Manat və lirənin məzənnəsi: Rubl bahalaşdı, avro ucuzlaşdı
- Azərbaycan nefti BAHALAŞIB
- Dollarda bahalaşma davam edir - Məzənnə rekord səviyyəyə yüksəlib
- Dollar bahalaşır, avro ucuzlaşır – Manat necə olacaq?
- Milli brend “Təbio” təqdim edildi! - FOTOLAR
- Azərbaycanda bir dollar niyə fantastik qiymətə satılır? - AÇIQLAMA
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış! 984 dəfə oxunub
- Emin Ağalarov söz verdi 984 dəfə oxunub
- Moskvada daha bir DƏHŞƏT 982 dəfə oxunub