Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dolların məzənnəsi ilə bağlı - PROQNOZ

Sabah Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birgə keçirəcəyi valyuta hərracında ABŞ dollarının rəsmi məzənnəsinin bir qədər də azalacağı gözlənilir. 
 
“Report”un bank dairələrindən əldə etdiyi məlumata görə, bu gün, fevralın 8-də banklararası valyuta bazarında ümumilikdə təxminən 2,6 mln. dollar həcmində vəsaitin satıldığı, məzənnənin isə 1,7350 AZN/USD səviyyəsinə yaxın olduğu bildirilir. Lakin, bu, sabaha olan rəsmi məzənnədə öz əksini tapmayıb.
 
Qeyd edək ki, dünən, fevralın 7-də keçirilən valyuta hərracında dolların rəsmi məzənnəsi 2,76% azalaraq 1,8252 AZN/USD-yə düşüb. 
 
“Report”un analitik qrupu bu gün məzənnənin aşağı düşməsinin rəsmi məzənnədə öz əksini tapmamasının səbəbi kimi dolların son günlərdə sürətlə ucuzlaşmasını göstərir.
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...