Nazirdən pensiyalarla bağlı vacib - AÇIQLAMA + VİDEO
Hər bir şəxs öz fərdi hesabına vəsait köçürərək gələcək pensiyasını artıra biləcək. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Nazir iyulun 1-dən qüvvəyə minəcək "Əmək pensiyaları haqqında" qanunun digər detallarını da açıqlayıb.
Mynews.az Xəzərxəbər-ə istinadən məlumat verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyir ki, bu məqsədlə hər bir şəxsin fərdi hesabı açıq saxlanılacaq və ora vəsait köçürmək mümkün olacaq.
Nazir bildirib ki, qulluq stajına görə əlavələrin alınması üçün tələb edilən illərin sayı əvvəl 5 ildən 15 ilə qədər idisə, iyulun 1-dən qüvvəyə minəcək "Əmək pensiyaları haqqında" qanuna əsasən, bu rəqəm 15 ildən 25 ilədək artırılıb. Həmin əlavə məvacibin 80 faizindən 50 faizinə endirilib.
Lakin bir müddət sonra onların pensiyaları bərabərləşəcək.
Səlim Müslümovun sözlərinə görə, qaydalardan biri Nazirlər Kabinetinə təqdim edilib. Digər iki qayda da bu ayın sonuna kimi Prezident Administrasiyasına təqdim olunacaq.
İqtisadiyyat
- Manat və lirənin məzənnəsi: Rubl bahalaşdı, avro ucuzlaşdı
- Azərbaycan nefti BAHALAŞIB
- Dollarda bahalaşma davam edir - Məzənnə rekord səviyyəyə yüksəlib
- Dollar bahalaşır, avro ucuzlaşır – Manat necə olacaq?
- Milli brend “Təbio” təqdim edildi! - FOTOLAR
- Azərbaycanda bir dollar niyə fantastik qiymətə satılır? - AÇIQLAMA
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 952 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 924 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 915 dəfə oxunub