Mənzillərin bir neçə nəfərə satılmasına nəzarət gücləndirilir
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) daşınmaz əmlakın öncədən qeydiyyatı mexanizminin geniş tətbiqinə hazırlaşır.
Mynews.az Report-a istinadən xəbər verir ki, bu barədə Komitənin İnformasiya, ictimaiyyətlə əlaqələr və protokol şöbəsinin müdiri Qulu Xəlilov bildirib.
Onun sözlərinə görə, mexanizmin əsas məqsədi mənzil-tikinti kooperativlərinin (MTK) bir mənzili bir neçə nəfərə satmasının qarşısını almaqdır: “Bunun üçün bina tikilməzdən öncə oradakı mənzillərin öncədən qeydiyyatına dair arayış veriləcək. Yəni, bəri başdan bilinəcək ki, ev kimindir. Eyni mənzili bir neçə nəfərə satmaq mümkün olmayacaq. Əslində, öncədən qeydiyyat mexanizmi çoxdan var, sadəcə, ictimaiyyət bu barədə elə də məlumatlı olmadığı üçün geniş tətbiq olunmurdu”.
Q.Xəlilov onu da deyib ki, vətəndaşlara tikinti şirkətlərindən aldıqları mənzillərə görə veriləcək arayışda yaşayış sahəsinin dəqiq ölçüsü göstəriləcək. Bu isə MTK-ların insanları ölçü məsələsində aldatmasına imkan verməyəcək. Daha bir maraqlı və mühüm məqam isə ondan ibarətdir ki, öncədən qeydiyyat əsasında mənzili ipotekaya qoymaq mümkün olacaq.
Qeyd edək ki, sabah ƏMDK “Daşınmaz əmlakın öncədən qeydiyyatı: üstünlüklər və faydalar” mövzusunda ictimai təqdimat keçirəcək. Prosesin mahiyyəti, ümumilikdə daşınmaz əmlak bazarının inkişafına müsbət təsirləri barədə ictimaiyyətə məlumat veriləcək.
İqtisadiyyat
- Manat və lirənin məzənnəsi: Rubl bahalaşdı, avro ucuzlaşdı
- Azərbaycan nefti BAHALAŞIB
- Dollarda bahalaşma davam edir - Məzənnə rekord səviyyəyə yüksəlib
- Dollar bahalaşır, avro ucuzlaşır – Manat necə olacaq?
- Milli brend “Təbio” təqdim edildi! - FOTOLAR
- Azərbaycanda bir dollar niyə fantastik qiymətə satılır? - AÇIQLAMA
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 981 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 952 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 942 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 941 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 939 dəfə oxunub