Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycan nefti bahalaşıb - YENİLƏNİB

Azərbaycan nefti bahalaşmaqda davam edir.  

Mynews.az xəbər verir ki, “AzeriLight” markalı neftin 1 barelinin dəyəri 0,52 dollar və ya 1,08% artaraq 48,49 dollar təşkil edib.

Azərbaycan nefti ilə paralel Brent və WTI markalı neft də bahalaşıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,28 dollar və ya 0,62% artaraq 45,21 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,29 dollar və ya 0,61% artaraq 47,71 dollar olub.

Onu da qeyd edək ki, “Societe Generale” bu ay ikinci dəfə 2017-2018-ci illər üzrə neftin qiyməti ilə bağlı proqnozunu dəyişib. Bankın analitikləri iyunun əvvəlindən ikinci dəfə ABŞ, Liviya və Nigeriyada hasilatın artması fonunda cari və gələn il üzrə WTI və Brent markalı neftin qiyməti ilə bağlı proqnozu aşağı salıb.

Analitiklər hesab edir ki, 2017-ci ildə WTI markalı neftin 1 barelinin orta qiyməti 49,45 dollar (əvvəlki proqnoz 53,8), gələn il isə 51,5 dollar (57,5) təşkil edəcək.

Proqnoza əsasən, Brent markalı neftin 1 barelinin orta qiyməti bu il 52 dollar, gələn il isə 54 dollar olacaq. Bundan öncən proqnoz müvafiq olaraq 56,4 və 60 dollar idi.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...