Astarada yeni yollar salınır - FOTO + VİDEO
Bu il reallaşdırılan 40 avtomobil yolu layihəsindən biri də Astara rayonunda icra olunur. Söhbət Taxtanəkəran-Miki və Taxtanəkəran-Toradi avtomobil yollarının tikintisindən gedir.
“Azəravtoyol” ASC-dən Mynews.az-a verilən məlumata görə, çətin dağlıq relyefə məxsus kəndlərarası avtomobil yolu Hirkan Milli Parkının ərazisindən keçir.
Uzunluğu 26 km olan avtomobil yolu IV texniki dərəcəyə uyğun salınır. Burada layihəyə uyğun olaraq yol 2 hərəkət zolaqlı olmaqla, ümumi eni 10 metr təşkil edir. Buraya 6 metr hərəkət hissəsi və hər bir istiqamət üzrə 2 metrlik çiyinlər daxildir.
Hazırda yol boyu torpaq işləri görülür, yol yatağının inşası aparılır. Torpaq işləri zamanı zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq kənara daşınır və əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə aparılaraq bərpa edilir.
Torpaq işləri yekunlaşdıqdan sonra yol əsasının tikintisi işlərinə başlanılacaq. Yol əsasının inşası qum-çınqıl və optimal qırmadaş qarışığından aparılacaq. Daha sonra yola 2 qat olmaqla, yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır ki, asfaltlanacaq sahə 150 min kv. m-dən çoxdur.
Bundan başqa, layihədə bir aşırımlı dəmir-beton konstruksiyalı 1 ədəd avtomobil körpüsünün tikilməsi də nəzərdə tutulub. Körpü yolun 12,4-cü km-də yerləşəcək. Körpünün uzunluğu 28 metr, eni isə 6 metr olacaq. Görülən işlərə uyğun olaraq yol boyu atmosfer və dağ sularının ötürülməsi üçün müxtəlif diametrli su ötürücü borular quraşdırılıb.
Tikinti işləri bitdikdən sonra sözügedən yola 134 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, yolcizgi və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaq.
12 min nəfər əhalinin yaşadığı 38 yaşayış məntəqəsini birləşdirən Taxtanəkəran-Miki, Taxtanəkəran-Toradi avtomobil yollarının yenidən qurulması vətəndaşların gediş-gəlişinin rahatlaşmasına, yük və sərnişin daşımasının yaxşılaşmasına gətirib çıxaracaq, həmçinin sözügedən ərazilərdə yeni turizm marşrutlarının yaranmasına, bununla da turizmin inkişafına səbəb olacaq.
İqtisadiyyat
- Manat və lirənin məzənnəsi: Rubl bahalaşdı, avro ucuzlaşdı
- Azərbaycan nefti BAHALAŞIB
- Dollarda bahalaşma davam edir - Məzənnə rekord səviyyəyə yüksəlib
- Dollar bahalaşır, avro ucuzlaşır – Manat necə olacaq?
- Milli brend “Təbio” təqdim edildi! - FOTOLAR
- Azərbaycanda bir dollar niyə fantastik qiymətə satılır? - AÇIQLAMA
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 985 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 958 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 947 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 947 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 944 dəfə oxunub