Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda avtomobil qiymətinə helikopter satılır - VİDEO

İnternet saytlarının birində yerləşdirilən bu elanlarda Bakıda son model helikopterlərin satışı həyata keçirilır. Qiymətlər isə 55 min manatdan başlayaraq ölçüsünə və istehsal ilinə görə dəyişir.

Mynews.az -ın Xəzər TV-yə istinadən məlumatına görə, elanda məkan olaraq Bakı göstərilsə də, satıcı helikopterlərin sifarişlə gətirildiyini deyir. Onun sözlərinə görə, sənədləşmə helikopter gətiriləndən sonra həyata keçirilir.

Satıcının dediyinə görə, ölçüsündən asılı olaraq helikopter istənilən yerdə park edilə bilər. Sadəcə qarajın ölçüləri uyğun olmalıdır.

Helikopteri ada keçirtmək mümkün olsa da, sürmək üçün ya xüsusi pilotluq dərəcəsi olmalıdır, ya da ki, şəxsi pilot saxlamaq lazımdır. Digər bir məsələ isə uçuşu həyata keçirtmək üçün icazə məsələsidir ki, bu da bir neçə qurumdan icazə almaqla mümkündür.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...