Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Nağdsız hesablaşmalar kimlər üçün məcburidir?

Bu ilin əvvəlindən qüvvəyə minən “Nağdsız hesablaşmalar haqqında” Qanunla nağd hesablaşmalar məhdudlaşdırılıb. Sual doğuran qanunun kiçik vergi ödəyicilərinə, xırda bizneslə məşğul olan sahibkarlara, kənd təsərrüfatçılarına hansı formada şamil olunacağıdır. 

Mynews.az “Vergilər” qəzetinə istinadən xəbər verir ki,  “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsinə görə, vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı mallar nağd qaydada satın alına bilər:

• kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu

• əlvan və qara metal qırıntılarının qəbulu;

• utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu;

• utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu.

Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti həyata keçirən vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30 min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15 min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...