Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Metroda qatarların hərəkət qrafiki dəyişir

“Bakı metropoliteni”ndə qatarların hərəkət qrafikində dəyişiklik edilir. 

Mynews.az xəbər verir ki, bu barədə “Bakı metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

N.Paşayev deyib ki, “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun əmrinə əsasən, iyul ayının 10-dan metropolitendə qatarların hərəkətində yay qrafikinin tətbiqinə başlanılır.

Məlum olur ki, dəyişiklik xətlərdə qatarlararası intervallarla bağlıdır. Belə ki, pik saatlarda “Həzi Aslanov” stansiyasından “28 May” stansiyasına qədər və əks istiqamətdə interval 2,5 dəqiqə olacaq. Qalan vaxtlarda bu istiqamətdə 3 dəqiqəlik intervalla hesablanmış hərəkət təşkil ediləcək. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...