Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanın ilk milli velosiped brendi satışa çıxarıldı - FOTO

“Park Bulvar” ticarət mərkəzində Azərbaycanın ilk milli velosiped brendi olan “İSMA BİKES” İsmayıllı Velosiped Zavodunun istehsal etdiyi velosipedlər satışa çıxarılıb.

A24.Az-ın məlumatına görə, satış təmsilçisi müxbirimizlə söhbət zamanı vurğulayıb ki, velosipedlərin qiyməti 98 manatdan 3665 manat qədər təşkil edir: “Məsləhət görərdim ki, bu ayın 12-nə qədər velosiped alasınız. Çünki hazırda bu qiymətlər velosipedin hazırlanmasına çəkilən xərclər əsasında təşkil edilib. Sonra bu velosipedlər satış üçün bazara çıxarılanda mağaza sahibləri də velosipedin üstünə az miqdarda da olsa qiymət qoyacaq. Bu da velosipedin qiymətinə təsir edəcək”.

Satış təmsilçisi əlavə edib ki, istənilən ölçüdə və model də velosipedlər hazırlanıb: “Qiyməti 3000 manatdan çox olan velosipedin özəlliyi ona motor quraşdırılması ilə əlaqədardır. Bu velosiped sürəti 60-70 km/saat təşkil edir. Hava şəraitindən asılıdır. Külək az olduqda dürət daha da artır”, – deyə satış təmsilçisi əlavə edib.

İsmayıllı Velosiped Zavodunun istehsal etdiyi “İSMA BİKES” velosipedləri iyulun 12-dək “Park Bulvar”da sərgilənəcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...