Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Yol tikintisində yenilik: - Plastik yollar gəlir - VİDEO

Yol tikintisində yeni üsul - plastik yollar gəlir. Üstəlik, onların davamlılığı 3 dəfəyə qədər çox olacaq. Bu, həmçinin yolun çəkilişində su boruları, elektrik xətləri ilə bağlı problemləri də həll edəcək.

Mynws.az publika.az-a istinadən xəbər verir ki, “Wavin-Total” şirkəti plastik yolların salınması üzərində işləyir.

Bu yollar plastikdən hazırlanmış içi boş sturukdan ibarət olacaq. Yüngül plastik materialdan yol çəkilişi sadə və sürətli olacaq. Ənənəvi yol çəkilişi ilə müqayisədə xeyli sərfəlidir. Yağan yağışın alt qatlara keçib yol infrastrukturuna ziyan vurmaması üçün də əlavə tədbirlər görülüb. Belə ki, yolun kənarında suyun axması üçün xüsusi oyuqlar olacaq.

Bu yolun çəkilişində indiyədək təbiətdə mövcud olan plastik materiallardan istifadə ediləcək. Belə yol xeyli uzunömürlü hesab edilir. Yolun çəkilişinin asanlığı, sürüşmənın az olması, davamlılığın yüksəkliyi nəzərə alınaraq ona təlabatın yüksək olacağı bildirilir.

Texniki, ekoloji və təhlükəsizlik testlərindən keçəndən sonra ilk pilot layihənin həyata keçirilməsi gözlənilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...