Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Zığ-Hövsan yolu yenidən qurulur

Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolunun Zığ-Hövsan hissəsinin əsaslı şəkildə yenidən qurulması işləri “Azəravtoyol” ASC tərəfindən texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə davam etdirilir.

Mynews.az xəbər verir ki, ASC-dən verilən məlumata görə, 24.5 km uzunluğunda olan Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolunun ilkin mərhələdə 6.8 km olan Zığ-Hövsan hissəsinin, ikinci mərhələdə isə 17.7 km uzunluğunda olan Hövsan-Türkan hissəsinin yenidən qurulması nəzərdə tutulur.

İlkin mərhələdə nəzərdə tutulan 6.8 km yolun 1.1 km-i hər iki istiqamət üzrə 3 olmaqla 6 hərəkət zolağı enində yenidən inşa edilib. 6.8 km-lik Zığ-Hövsan yolunun qalan hissəsinin I texniki dərəcəyə uyğun yenidən qurulması işləri də yekunlaşmaq üzrədir. Sözügedən hissə 2 gediş 2 gəliş olmaqla, 4 hərəkət zolaqlıdır. Hərəkət hissəsinin eni 18.5 m olmaqla torpaq yatağının eni 27.5 m-dir.

Yenidənqurma işləri çərçivəsində yol boyu ayrıcı zolaqda ikitərəfli müasir işıqlandırma sistemləri qurulacaq, piyadaların rahat və təhlükəsiz hərəkəti üçün zəruri olan yerlərdə 3 m enində piyada səkiləri tikiləcək. Müntəzəm sərnişin daşımaları ilə məşğul olan avtobusların ümumi hərəkətə mane olmadan dayanacaqlara giriş-çıxışı təmin etmək məqsədi ilə 8 yerdə 400-500 m uzunluğunda əlavə hərəkət zolağının salınması da nəzərdə tutulub.

Qeyd edək ki, Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolu salınarkən o vaxtki hərəkət şiddətinə hesablanaraq, norma və tələblərə uyğun şəkildə inşa edilmişdi. Hazırki hərəkət intensivliyinə, norma və standartlara cavab vermədiyindən isə sözügedən avtomobil yolu ilə hərəkətdə müəyyən problemlər yaşanırdı.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...