Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Canet Yelleni kimin əvəzləyəcəyi bəlli oldu

Ağ Ev yaxınlarda Federal Ehtiyatlar Sisteminə (FES) yeni rəhbər axtarışına başlaya bilər. 

Mynews.az xəbər verir ki, bu barədə Interfax agentliyi “The Wall Street Journal”ına istinadən məlumat yayıb. 

Qeyd edilir ki, mənbələrin fikrincə, hazırda FES-in rəhbəri vəzifəsinə ən real namizəd kimi Milli İqtisadi Şuranın rəhbəri Qari Kon göstərilir. Bildirək ki, Qari Kon vaxtilə “Goldman Sachs”un top-meneceri olub. 

Xatırladaq ki, FES-in hazırkı rəhbəri Canet Yellenin səlahiyyət müddəti 2018-ci ilin yanvar ayında bitir. Konqresin bu gün keçiriləcək iclasında Q.Konun FES rəhbərliyinə namizədliyinə dair müzakirələrin aparılacağı istisna edilmir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...