Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

FES-in ilin sonuna qədər uçot dərəcəsini artırması ehtimalı 47%-dir

ABŞ Federal Ehtiyat Sisteminin (FES) rəhbəri Canet Yellenin (Jannet Yellen) Konqresdəki ikigünlük çıxışından sonra uçot dərəcəsinin bu ilin sonuna qədər artırılması ehtimalları, demək olar, dəyişməyib və 47,3% olub. 

Mynews.az Report-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın ən böyük maliyyə törəmə bazarı şirkəti -  “CME Group FEDWatch Tool”un hesabatında məlumat verilir. 

Hesabatda bildirilir ki, Yellenin çıxışından əvvəl bu ehtimal 47,5% olub. FES-in sentyabr iclasında uçot dərəcəsini artırma ehtimalı isə hazırda 13,3% təşkil edir.

Bu gün ABŞ-da açıqlanacaq iyun ayı üzrə inflyasiya göstəricisi FES-in qərarları ilə bağlı ehtimallarda dəyişiklik yarada bilər. Əgər inflyasiya göstəricisi 0,2% və ya daha artıq olarsa, o zaman FES-in sentyabr iclasında uçot dərəcəsini artırma ehtimalı yüksələ bilər ki, bu da öz növbəsində dolların məzənnəsinin möhkəmlənməsinə gətirib çıxaracaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...