Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Maşın bazarında dizellə işləyən maşınlar bahalaşdı - VİDEO

Aİ-92 markalı yanacağın qiymətinin tənzimlənməsi dizellə işləyən maşınlara marağı artırıb.

Maşın bazarına gələn müştərilər daha çox dizel yanacağı ilə işləyən avtomobillərə üstünlük veriblər.

Dizel yanacağı ilə işləyən avtomobillərə marağın artması onların qiymətinə təsir edib. Satıcı və alıcıların dediyinə görə, ötən bazarla müqayisədə bu həftə maşınların qiymətində bahalaşma müşahidə edilir.

Dizel avtomobillərindən fərqli olaraq benzinlə işləyən maşınların qiymətində dəyişiklik yoxdur. Buna rəğmən tələbat azalıb.

Satıcıların sözlərinə görə, qiymətdə artım və ya azalmasının olub-olmayacağı qarşıdakı həftələrdə daha dəqiq bilinəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...